Xəbər lenti

Mərcan dənizində ilk sualtı oteli istifadəyə verilir
Dünya17:19 30.11.2019

Mərcan dənizində ilk sualtı oteli istifadəyə verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 1-də Avstraliyada "Reefsuites” adlı ilk sualtı otel istifadəyə veriləcək.
Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, "Reefsuites” Mərcan dənizindəki Böyük Sədd Rifi yaxınlığında yerləşir. O, "Cruise Whitsunday” turoperatoru tərəfindən 2017-ci ildə siklon nəticəsində dağılmış suüstü otelin yerində inşa edilib.
Oteldə cəmi iki otaq var. Döşəmədən tavana qədər uzanan şüşə pəncərədən suyun altında nələr baş verdiyi görünür. Gecə vaxtı üçün xüsusi işıqlanma nəzərdə tutulur.
Qeyd edək ki, "Reefsuites” Avstraliyada ilk sualtı oteldir. Bənzər otellər Dubay, Tanzaniya, Sinqapur və Maldiv adalarında da mövcuddur.