Xəbər lenti

“Mercedes”dən imtina edən Putin Tehrana hansı avtomobillə gəlib? (FOTO)
Dünya07:00 20.07.2022

“Mercedes”dən imtina edən Putin Tehrana hansı avtomobillə gəlib? (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran mediası Putinin xüsusi avtomobilinin unikal xüsusiyyətlərindən yazıb.
Qaynarinfo bu barədə ISNA agentliyinə istinadən xəbər verir.
2018-ci ilə kimi sifarişli "Mercedes”dən istifadə edən Putinin indi xüsusi rus maşını var: "Arus Kortez".
Bu 7 metrlik nəhəng limuzin 8 silindrli 4,4 litrlik mühərrikdən istifadə edir. Onun xüsusiyyətləri sırasına təkərləri enli, gülləkeçirməz və "Ran flat"dır. Avtomobilin təhlükəsilik sisteminə gecəgörmə kameraları, 6 sm diametrli gülləkeçirməz şüşə və qəza çıxışı daxildir.
O, həmçinin kimyəvi hücumlardan qorunmaq üçün hava sıxma sisteminə malikdir və hətta bombardmançıların hücumlarına tab gətirə bilir.
M.Arif