
Kanadanın böyüklüyünə görə ikinci şəhəri Monrealın meri Maykl Epplbaum korrupisyada ittiham olunur.
ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata məlumatı istintaqa yaxın olan mənbə bildirib.
Merin hazırda ifadə verəcəyi gözlənilir. Bundan sonra onun nəzarət altında qalma müddətinin bir qədər də uzadılacağı gözlənilir.
Xatırladaq ki, hələ keçən il Kanadada buna bənzər hadisə Kvebekdə baş vermişdi. Olay nəticəsində şəhərin meri Cerald Tramble istefaya göndərildi.
Qaynar.info