Avropa Birliyi ölkədəki vəziyyət dəyişənə qədər Belarus səlahiyyətlilərinə təzyiq göstərməyə davam edəcək.
Qaynarinfo xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, Qərbin sanksiyaları Minskə hələ yenicə təsir göstərməyə başlayıb.
Merkel AB ölkələrinin Rusiya ilə münasibətlərdəki problemləri bir-biri ilə deyil, birbaşa bu ölkənin Prezidenti Vladimir Putinlə müzakirə etməsinin lazım olduğu fikrini dilə gətirib.
TASS xəbər verir ki, kansler bütün ziddiyyətlərin Aİ-Rusiya birgə sammitində müzakirə oluna biləcəyini əlavə edib.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Pavel Klimkin isə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinin AB üçün pis nəticələnə biləcəyini bildirmişdi. O hesab edir ki, Merkel istərsə, özü Putinlə şəxsən görüşə bilər, ancaq AB-yə onun iştirakı ilə bir zirvə keçirməyi təklif etməməlidir.
Əlavə edirik ki, AB-Rusiya zirvələri 1995-ci ildən bəri keçirilir, lakin Krımın 2014-cü ildə Rusiya Federasiyasına birləşdirilməsindən sonra görüşlər dayandırılıb.
Alpər