Xəbər lenti

Merkel ABŞ-ı müharibə ilə hədələdi
Dünya09:26 04.07.2018

Merkel ABŞ-ı müharibə ilə hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın baş naziri Angela Merkel ABŞ prezidenti Donald Trampın başda Almaniya olmaqla Avropa ölkələrini növbəti dəfə gömrük vergisi ilə təhdid etməsinə cavab olaraq ABŞ-ı "Ticarət müharibəsi"nin başlayacağı ilə hədələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Frans Press Agentliyi məlumat yayıb.
ABŞ gömrük vergisi və NATO xərcləmələri məsələsində gərginliyi artıran tərəf kimi görünür.
Trampın Qərbi Virciniya ştatına uçuşu ərəfəsində prezident təyyarəsində jurnalistlərə açıqlama verən "Ağ ev" sözçüsü Hoqan Qidli Trampın NATO zirvəsinə Amerika xalqını qorumaq və müttəfiqlərlə çiyin-çiyinə dayanmaq fikri ilə gedəcəyini söyləyib.
"ABŞ-ı uzun müddətdir dünyanın qumbarası kimi görürlər. Artıq buna son verilməlidir", - deyə o, bildirib.
Qeyd edək ki, Tramp NATO müttəfiqlərini hərbi xərcləri artırmağa sövq edir.