Xəbər lenti

Merkel Gülbenkyan Humanizm Mükafatına sədrlik edəcək
Dünya06:08 02.07.2022

Merkel Gülbenkyan Humanizm Mükafatına sədrlik edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın keçmiş kansleri Angela Merkel Gülbenkyan Humanizm Mükafatının münsiflər heyətinin növbəti sədri olacaq.
Qaynarinfo Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Gülbenkyan Fondunun mətbuat xidmətinin məlumatında deyilir.
2020-ci ildə təsis edilən 1 milyon avroluq mükafat hər il Qalust Gulbenkyan Fondu tərəfindən ətraf mühitin qorunması uğrunda mübarizədə fərqlənmiş dünya üzrə fərdlərə, qruplara və ya təşkilatlara verilir.
Fondun missiyaları arasında ətraf mühitin mühafizəsi ilə balanslaşdırılmış şəkildə dayanıqlı inkişafı dəstəkləmək, əhalinin həssas qruplarının rifahını və həyat keyfiyyətini yaxşılaşdırmaq daxildir.
2020-ci ildə mükafat İsveçli ətraf mühit fəalı Qreta Tunberqə verilib. O, ətraf mühitin qorunması uğrunda apardığı "inadkar mübarizəyə” və gəncləri bu mübarizəyə cəlb edə bildiyinə görə mükafatlandırılıb.
Qalust Gulbenkyan Xeyriyyə Fondu 1956-cı ildə "neftçi, xeyriyyəçi və sənət bilicisi” Qalust Gulbenkyanın vəsiyyəti ilə yaradılıb. Fondun əsas məqsədi elm, mədəniyyət, təhsil, incəsənət və humanitar fəaliyyətləri dəstəkləməkdir, - Sputnik Ermənistan-ın xəbəri belə yekunlaşır.
 
Alpər