Xəbər lenti

Merkel o vaxt “hazırkına oxşar bir müharibənin” qarşısını aldığını açıqladı
Dünya10:44 28.12.2022

Merkel o vaxt “hazırkına oxşar bir müharibənin” qarşısını aldığını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya-Ukrayna münaqişəsinin danışıqlarla yekunlaşacağına inanır. O, nizamlanmada mümkün iştirakla bağlı sualı cavablandırarkən belə bir "sualın qaldırılmadığını” deyib. Merkel hesab edir ki, onun Rusiyaya qarşı siyasəti ağlabatan olub, çünki bu, "hazırki müharibənin oxşarının” qarşısını almağa yönəlib.
Qaynarinfo-nun məlumatına görə, Merkel deyib ki, o, Ukraynadakı münaqişənin necə bitəcəyini dəqiq bilmir. 
"Bir gün danışıqlarla yekunlaşacaq. Müharibələr danışıqlar masası arxasında bitir. Bir çoxları kimi mənim də istəmədiyim məcburi sülhlə açıq və mehriban danışıqlar arasında fərq var. Mən başqa heç nə əlavə etmək istəmirəm”, - deyə keçmiş kansler "Corriere della Sera Sette” jurnalına bildirib 
Angela Merkel hesab edir ki, kansler kimi o, Rusiya ilə qarşılıqlı fəaliyyətlə bağlı qərarları "məntiqlə” qəbul edib və bu məntiq ona hələ də ağlabatan görünür. "Bu, indiki müharibəyə oxşar müharibənin qarşısını almağa çalışmaq haqqında idi. Sadəcə nəticə vermədiyi üçün cəhd etməyin səhv olduğu demək düzgün deyil”, - o əlavə edib.
Xatırladaq ki, dekabrın əvvəlində Almaniyanın keçmiş kansleri Minsk razılaşmalarının yerinə yetirilməsini şərh edərkən bildirib ki, Ukrayna "güclənmək” üçün aldığı vaxtdan istifadə edib. Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kanslerinin sözlərini Rusiyaya qarşı saxtakarlığın sübutu hesab edir. Onun fikrincə, indi aydın olur ki, "məqsəd yalnız Ukraynanı silahla doldurmaq və onu hərbi əməliyyatlara hazırlamaqdan ibarət imiş”.
Nizami Bağırov