Xəbər lenti

Merkel: "Krımın Rusiyaya anneksiyası ilə barışmayacağıq"
Dünya18:19 09.05.2014

Merkel: "Krımın Rusiyaya anneksiyası ilə barışmayacağıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya kansleri Angela Merkel Rusiyanı sərt tənqid edib.

ANS PRESS-in məlumatına görə, Merkel Avropa Birliyinin heç vaxt Krımın anneksiyası ilə barışmayacağını bildirib:

“Rusiyaya bundan sonrakı münasibət Ukraynada heç nə olmayıbmış kimi davam etməməlidir. Krım məsələsində təmkinli olmaq lazımdır. Necə ki, Almaniya və Baltik ölkələri müvafiq şəkildə birləşməni və müstəqilliyi xeyli gözləməli oldu".

Angela Merkel Vladimir Putini Avropa siyasətinin təməlini qazımaqda ittiham edib. “Müharibə sonrakı Avropa siyasətinin təməli ölkələrin ərazi bütövlüyünə hörmət üzərində qurulub".

Qaynar.info