Almaniya kansleri Angela Merkel Rusiyanı yeni sanksiyalarla hədələyib.
ANS PRESS-in məlumatına görə, Merkel Moskvanın Ukrayna böhranını nizama salmayacağı halda ciddi probləmlərlə qarşılaşacağını bildirib.
"Rusiya sərhədində nəzarət yox dərəcəsindədir. Böyük miqdarda silahlı insanlar Ukraynaya girə bilərlər, bu, qarşıdurmalara gətirib çıxaracaq", - parlamentdə çıxışı zamanı Merkel bildirib.
"Əgər bu qurtarmayacaqsa, onda biz tərəddüdsüz Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyik", - deyə Merkel qeyd edib.