Azərbaycanla müharibə şəraitində olan Ermənistanın Türkiyə ilə yaxınlaşması mümkün deyil.
Bu sözləri Almaniya kansleri Angela Merkel Ermənistan Prezidenti Serj Sərkisyanla görüşü zamanı deyib.
“1915-ci il olayları ilə bağlı Almaniya Bundestaqında səsvermə keçiriləcək. Türkiyə tərəfinin də bunu yaxından izləyəcəyinə əminəm. Bu gün məsələ ilə bağlı daha artıq danışa bilmərəm. Hazırda Türkiyə-Ermənistan münasibətlərinin aktiv frazaya keçirilməsi mümkün deyil. Çünki Ermənistan Türkiyə ilə qardaş ölkə Azərbaycanla aktiv müharibə şəraitindədir”, - Merkel vurğulayıb.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan hazırda Almaniyanın paytaxtı Berlində səfərdədir. (axar.az)
Qaynar.info