Xəbər lenti

Merkelə ikinci foto şoku -FOTO
Dünya12:01 10.04.2013

Merkelə ikinci foto şoku -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya kansleri Angela Merkel yeni foto qalmaqalı ilə üzləşib. 

Qaynar.info-nun məlumatına görə, bir neçə gün əvvəl gənclik illərinə aid çılpaq fotolarının yayımlanmasından sonra, Merkel bu dəfə Polşa jurnalı "Uwazam Rze" jurnalının üz qabığına çıxarılıb. 

Fotoşop vasitəsilə hazırlanan fotoda əynindəki cizgili pijama və başındakı bretlə tikanlı məftillərin arasında duran Merkel yəhudi düşərgəsindəki əsir kimi göstərilir. Jurnalın üz qabığında isə, "Tarixin qarşılaşması: Almanlar özlərini necə İkinci Dünya Müharibəsinin qurbanına çevirdilər" yazılıb. 

Jurnalın bu addımı atmasına səbəb isə Almaniyanın ZDF telekanalında yayımlanan 3 hissəli "Our Mothers, Our Fathers"(Analarımız, atalarımız) sənədli filmi olub. İkinci dünya müharibəsində 5 almanın başına gələnlərin lentə alındığı filmdə polyakların yəhudilərə qarşı düşmən münasibət göstərdiyi əks etdirilib. Məhz bu filmin ekranlara çıxması narazılıqlara səbəb oldu. 

Qaynar.info