Xəbər lenti

Mərkəzi Bank valyuta hərraclarının sayını azaltdı
Ölkə07:00 30.01.2017

Mərkəzi Bank valyuta hərraclarının sayını azaltdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bankı (AMB) həftə ərzində keçirdiyi valyuta hərraclarının sayını 3-dən 2-ə endirib. 

"Report"un bank dairələrindən aldığı məlumata əsasən, indiyədək həftənin I, III və V günlər keçirilən valyuta hərracları bu həftədən etibarən iki dəfə - II və IV günlər təşkil olunacaq. 

Bununla yanaşı, AMB depozit hərraclarının sayını həfdtədə 2 dəfəyə çatdırılıb. Belə ki, əvvəllər yalnız I günlər keçirilən hərraclar artıq III günlərdə təşkil ediləcək.

Qaynarinfo.Az