
“Maliyyə sistemi çökə bilər”
Maliyyə sektorunun və dollarda kredit borcu olan insanların gözü-qulağı Konstitusiya Məhkəməsindədir.
Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iclas keçirilib, iddiaçıların, maraqlı tərəflərin və hakimlərin fikirləri dinlənilib.
Plenumda Mərkəzi Bankın direktoru Rəşad Orucov çıxış edib.
Rəşad Orucov, “Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər” deyib.
Rəşad Orucov qeyd edib ki, “kreditlərin verilməsi” “ödəniş vasitəsi” anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir. Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur.
“Əgər kredit dollar əşyasında verilibsə dollarda, manat əşyasında verilibsə manatda geri qaytarılmalıdır”, o deyib.
Mərkəzi Bankın sədrinin sözlərinə görə, kreditlərin dollarda verilməsi Azərbaycan Respublikası Konstitusiyasına zidd deyil. Konstitusiyaya görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Ödəniş dedikdə alınan mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Kreditin verilmsi isə, pul əşyasından mülkiyyət hüququnun başqasına verilməsidir.
Rəşad Orucov qeyd edib ki, bu gün Azərbaycanda bank sistemiin aktivlərinin 87%-i cəl edilmiş vəsaitlərdən ibarətdir. Cəlb edilmiş vəsaitlərin böyük hissəssini depozitlər, depozitlərin də böyük bir hissəsini əhalinin əmanətləri təşkil edir:
“Bu gün banklarda əhalinin 7,8 milyard manat əmanəti var. Son vaxtlar bu əmanətlərin böyük bir qismi xarici valyutaya konvertasiya edilib. Əgər ötən ilin sentyabr ayının 1-də banklarda əhalinin əmanətlərinin 37%-i xarici valyutada idisə, bu gün əmanətlərin 67%-i xarici valyutadadır. Əmanətlər qısa bir müddətdə xarici valyutaya çevrilibdir, banklar isə bu vəsaitləri tam yerləşdirə bilməyiblər. Bu səbəbdən də bankların əlavə 800 milyon manat xərcləri əmələ gəlib”.
R.Orucov qeyd edib ki, fərqli qərar qəbul edilərsə;
- bankların itkiləri arta bilər,
-banklar öz öhdəliklərini yerinə yetirə bilməyəcəklər,
-maliyyə sistemində sabitlik pozula bilər,
-Bankların müflis olmasının dövlət büdcəsi hesabına qarşısının alınması gündəmə gəldiyindən əlavə büdcə xərcləri yarana bilər,
-Bankların kredit vermək imkanları azalacaq
-Biznes və əhali kredit ala bilmədiyindən iqtisadi inkişaf ləngiyəcək,
- İqtisadi inkişaf ləngiyəcəyindən şirkətlər işçiləri ixtiar edəcəklər,
-Bankların öz kapitalları azalacaq,
-Bankların kapitalları azaldığından xarici kreditorlar Azərbaycan banklarına verdikləri kreditləri geri tələb edəcəklər. Bu da ölkənin valyuta ehtiyatlarına ciddi təzyiq yarada bilər,
-Risklər domino effekti ilə digər sahələrə ötürülə bilər.
Plenumuun qərarının yaxın günlərdə açıqlanacağı bildirilib. (Marja)
Qaynar.info