Xəbər lenti

Mərkəzi Bankın sədrinə hücuma
Dünya17:45 15.04.2015

Mərkəzi Bankın sədrinə hücuma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Avropa Mərkəzi Bankının sədri Mario Dragiyə bir qadın hücum edib.
 "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bankın sədri aprel ayı üzrə faiz qərarını açıqlayandan sonra mətbuat konfransı keçirib. Tədbirdə bir qadın gözlənilmədən masanın üstünə çıxaraq Mario Dragiyə konfet atıb.
Bankın sədri bir anlığa çaşqın vəziyyətdə olub. Mühafizə xidmətinin əməkdaşları qadını hadisə yerindən uzaqlaşdırıblar. Etiraz edən qadının koftasının üzərindəki "Avropa Mərkəzi Bankının diktatorluğu" ("ECB DİCKTATORSHİP") yazısı diqqətləri cəlb edib.
Bir müddət tədbirə fasilə verilib. Sonra mətbuat konfransı davam edib. 
Qaynar.info