
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompey ABŞ və Şimali Koreya arasındakı son vəziyyətlə bağlı açıqlama verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Pompey Şimali Koreyanın nüvə sınaqlarının davam edəcəyini, lakin nüvə müharibəsinin yaxın olmağı barədə kəşfiyyat məlumatına sahib olmadıqlarını deyib. "Şimali Koreya nüvə silahı sahəsində 20 ildir çalışır və inkişaf edib" deyən MKİ rəhbəri Tramp hakimiyyətinin Şimali Koreyaya qarşı təzyiqlərinin bu ölkəni zəiflətdiyini və bölgədə daha da təcrid edilmiş vəziyyətə saldığını deyib.
Digər tərəfdən, Cənubi Koreya prezidenti Mun Cey "Koreya yarımadasında müharibə olmamalıdır" deyərək ABŞ və Şimali Koreyanı diplomatik həll yoluna çağırıb. Çin lideri Şi Çinpinq isə iki ölkəni sərt açıqlamalar etməkdən çəkindirməyə çalışmışdı.
Gülşən
Qaynarinfo.Az