Xəbər lenti

Mərkəzi Kəşfiyyat İdarəsinin ABŞ-ı şoka salan hesabatı
Dünya13:10 10.12.2016

Mərkəzi Kəşfiyyat İdarəsinin ABŞ-ı şoka salan hesabatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi belə qənaətə gəlib ki, Donald Trampın prezident seçilməsində Rusiyanın əli olub.
ATV.az-ın məlumatına görə, bu barədə “Washington Post” qəzetində dərc olunan məqalədə qeyd olunub. Qəzet yüksək rütbəli hökumət nümayəndəsinə istinadən xəbər verir ki, Kremlə yaxın olan bəzi amerikalı rəsmilər Demokratlar partiyasına məxsus gizli məlumatları kiber hücumlarla ələ keçirərək məşhur “Wikileaks” saytına ötürüb.
Mərkəzi Kəşfiyyat İdarəsinin Konqresə təqdim etdiyi hesabatda bildirilir ki, kiber hücumlarda “Kreml”in birbaşa əli olmayıb. “Bu işdə Moskva bir addım arxa planda qalıb” deyə sənəddə vurğulanıb. Hesabatın ABŞ-da fəaliyyət göstərən 17 kəşfiyyat qurumunun rəyi nəticəsində hazırlandığı diqqətə çatdırılıb.
Qaynarinfo.Az