
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində növbəti qalmaqal baş verib.
Qaynar.info-nun məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş sədri Leon Panetta Əl Qaidə lideri Üsamə Bin Ladenin öldürülməsilə bağlı məxfi məlumatları Hollivud ssenaristinə danışıb.
"Project on Government Oversight" insan hüquqları qrupunun yaydığı sənəddə Panettanın 2011-ci ilin iyun ayında MKİ-nin mərkəzi ofisində keçirilən mükafatlandırma mərasimində federal qaydalara görə məxfi sayılan Bin Ladenin ölüdürlməsi əməliyyatında iştirak edən hərbçinin adını açıqladığı yer alıb.
Qaynar.info