
ABŞ-ın Vaşinqton şəhər polisi mərkəzi küçələri fahişələrdən təmizləmək üçün reydlər həyata keçirib, nəticədə 60 nəfər saxlanılıb.
Rusiya mətbuatının verdiyi xəbərə görə, aparılan əməliyyat nəticəsində, təkcə fahişələr deyil, onların sutenyorları da saxlanılıb. Polisin əməliyyatı geniş miqyalı olub, hüquq mühafizə orqanlarının əməkdaşları təkcə küçədə müştərilərə öz bədənlərini təklif edənləri deyil, otellərdə, həmçinin internet vasitəsilə müştəri axtaranları da göz altına alıblar.
Əməliyyat Vaşinqtonun şimal-qərb bölgəsində ba tutub. Amerika paytaxtının sakinləri polislərə fəal yardım ediblər.
Qaynar.info