
Hollandiyanın Haaqa şəhəri yaxınlığında yerləşən Boskoop şəhərində mərakeşlilərə aid bir məscidin qarşısına donuz başı atılıb.
Qaynar.info-nun məlumatına görə, polis məscid heyətinin məscidə donuz başı atan naməlum şəxslərlə bağlı şikayət etdiklərini bildirib.
Sosial şəbəkələrdə böyük narazılıqlara səbəb olan hadisə hakimiyyətdə olan Liberal Partiyası tərəfindən də kəskin pislənilib. Bu cür hadisələrin narahatlıq doğurduğunu deyən partiyanın Boskoop Bələdiyyəsinin üzvü Moik De Vos Vervajen hadisənin insanlara mənəzi ziyan vurduğunu deyib.
Qaynar.info