Xəbər lenti

100 hektar ərazi, 30 ev külə döndü - Yanğın davam edir
Dünya06:31 09.10.2019

100 hektar ərazi, 30 ev külə döndü - Yanğın davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliyanın Yeni Cənubi Uels ştatında davam edən meşə yanğınları çox sayda tikilini məhv edib.
Qaynarinfo xəbər verir ki, əyalətin şimalında təxminən 100 min hektar ərazini əhatə edən yanğın 30 evi külə çevirib, iş yerləri, kənd təsərrüfatı texnikaları, nəqliyyat vasitələri yararsız hala düşüb.
Bölgə sakinləri təhlükəsiz yerlərə köçürülüblər. Yanğın nəticəsində xəsarət alanların olduğu bildirilir. 
Rəsmilər əyalətin 30 fərqli yerində yanğının davam etdiyini açıqlayıb və əhalini diqqətli olmağa səsləyib.
Gülşən