Dünya 20:57 24.11.2022

Meşəni yandırmaqda təqsirli bilinən şəxsi öldürən 49 nəfər edama məhkum edildi

Əlcəzair məhkəməsi ötən ilin avqustunda meşə yanğınları zamanı yanğın törətməkdə günahlandırılan şəxsi linç etməkdə günahlandırılan 49 nəfəri ölüm cəzasına məhkum edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Legit” portalı məlumat yayıb https://www.legit.ng/world/africa/1505940-algeria-sentences-49-death-forest-fire-lynching-state-media/ . 

"Alarabiya” portalının məlumatına görə, ictimai edamda iştirak edən daha 15 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

38 yaşlı Camel Ben İsmayıl yanğında şübhəli bilindiyini öyrəndikdən sonra polis bölməsinə getdikdən sonra döyülərək öldürülüb və yandırılıb. 

Əlcəzairdə baş verən meşə yanğınları ölkə daxilində ən azı 90 nəfərin həyatına son qoyub.

Sonradan məlum olub ki, İsmayıl könüllü kimi əraziyə yanğınların söndürülməsinə köməklik etmək üçün gedib.

Xatırladaq ki, Əlcəzair 1993-cü ildə sonuncu edamdan sonra edamlara moratorium qoyub.

Nizami Bağırov