Məşhur amerikalı aktrisa Ellison Mek polis tərəfindən saxlanılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 38 yaşlı aktrisanın Nyu-Yorkda həbs edilib. Ellison Mekin Nyu-Yorkda yerləşən NXIVM seks təriqətinə üzv olduğu açıqlanıb və aktrisa qadınları bu təriqətə cəlb etməkdə ittiham edilib.
İddiaya görə, aktrisa qadınları manipulyasiya edərək məzhəbin köləsinə çevirib. Daha sonra şantajla orda saxlayıb.
"Ömrümün sonuna qədər peşman olacağım qərarlar verdim. NXIVM-ə gətirdiyim hər kəsdən üzr istəyirəm”, deyə Ellison Mek bildirib.