
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivudun canlı əfsanəsi, 69 yaşlı Maykl Duqlas qəfil etiraf edib.
Britaniyanın İTV telekanalındakı "This Morning" proqramına qatılmış aktyorun dediyinə görə, onun boğaz xərçəngi xəstəliyinə tutulması ilə bağlı dedikləri yalanmış.
"Etiraf edirəm ki, yalan danışdım. "Wall Street: Money Never Sleeps" filminin promo-turuna qatılmaq üçün belə etdim. Premyeraya mane olmaq istəmirdim", - aktyor deyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Maykl Duqlasın xərçəng xəstəliyinə tutulması ilə bağlı xəbərlər 2010-cu ilin yayında yayılmışdı. 4-cü dərəcəli xərçəng hesab edilən xəstəliyin radioterapiya nəticəsində dayandırıldığı bəyan olunmuşdu. 2011-ci ilin qışında isə həkimlər M.Duqlasın tam sağaldığını demişdilər.
"Cərrah mənə təklif etdi ki, boğaz xərçəngi olduğumu deyim. Ondan soruşdum ki, axı niyə həqiqəti söyləməyim. Həkim dedi ki, əgər cərrahiyyə əməliyyatına məruz qalsam, dilimi və çənəmin bir hissəsini kəsib götürəcəklər.
Buna görə yalan danışmağa razılaşdım. Həkimin simasında o andakı ifadəni əsla unutmayacağam. O dedi ki, biopsiya olunmalıyam, çünki dilimin kökündə qoz boyda şiş varmış. Yəni dilimdə xərçəng olduğu halda, boğazımda xərçəng olduğunu dedim və bütün dünyaya yalan danışdım", - "Male Cancer Awareness Week" çərçivəsində Semüel Li Ceksonla danışan Maykol Duqlas söyləyib.
Qaynar.info