
Məşhur amerikalı aktyor, musiqiçi Harri Din Stanton dünyasını dəyişib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1926-cı ildə Kentukkidə doğulan aktyor 91 yaşında Los Ancelesdə yerləşən xəstəxanada vəfat edib.
"The Godfather II", "Alien", "Cool Hand Luke", "The Green Mile", "Paris, Texas" kimi məşhur filmlərdə çıxış edən aktyor daha çox sənət filmlərində iştirakı ilə yadda qalıb. Stanton Devid Linç, Ridli Skot, Vim Venders kimi məşhur rejissorların filmlərində çəkilib. Harri Dinin çıxış etdiyi son film isə bu ay təqdim ediləcək "Lucky" filmidir.
Gülşən
Qaynarinfo.Az