Xəbər lenti

Məşhur aktyorun qızı ilanlarla yatır - FOTO
Dünya12:00 21.06.2014

Məşhur aktyorun qızı ilanlarla yatır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uill Smitin 13 yaşlı qızı yenidən hər kəsi təccübləndirib

Dünyaca məşhur amerikalı aktyor Uill Smitin 13 yaşlı qızı Villou hər dəfə yeni mövzu ilə təccübləndirməyi bacarır.

ANS PRESS-inməlumatına görə, bir müddət öncə gənc bəy ilə yataq fotosu yayılan yeniyetmə bu dəfə otağında10-a yaxın ilan saxlaması ilə gündəmə gəlib. İlanları çox sevdiyini onlardan ayrı qala bilməyən qız, hətta gecə ilanlarla birlikdə yatır.

Yerli mediada yayılan məlumatlara əsasən aktyorun 15 yaşlı oğlu Jaden də bacısı kimi ilan vurğunudur. Bacı, qardaş birlikdə evdə ilanları bəsləyirlər, yeniyetmələr bir zaman hətta zəhərli ilan belə evə gətirməyi planlayıblar. Onların istəklərinə baxmayaraq anaları buna qəti olaraq rədd cavabı verib. 

Qeyd edək ki, Villou ilk dəfə 2008-ci ildə ilan alıb və bundan sonra onlara marağı artıb. Uill Smitin xanımı aktrisa Jada isə ilanlara qarşı olan qorxusunu uşaqlarının sayəsində dəf etdiyini bildirib.