Xəbər lenti

Məşhur azərbaycanlı “qanuni oğru” saxlanıldı
Dünya09:33 19.09.2013

Məşhur azərbaycanlı “qanuni oğru” saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən axşam saatlarında azərbaycanlı “qanuni oğru”, 48 yaşlı Vaqif Süleymanov Moskva ətrafında saxlanılıb.

Kriminal aləmdə Vaqif Bakinski kimi tanınan “qanuni oğru” restoranda olduğu zaman polis basqın edib. Onun üstündən 116 min rubl tapılıb ki, bu pulun adı çəkilməyən kommersant tərəfindən hansısa işin müqabilində verildiyi bildirilir.

Başqa məlumata görə isə azərbaycanlı “qanuni oğru” iş adamından ümumilikdə 19 milyon rubl alıb. V.Süleynamovla yanaşı Gürcüstandan olan bir nəfər də saxlanılıb ki, onun da üstündən silah tapılıb.

Qeyd edək ki, heroin saxlamağa görə həbs edilən V.Süleymanov bu ilin iyulundan vaxtından əvvəl azadlığa buraxılmışdı.

Qaynar.info