"Ölkənin məsul orqanlarının balerina İlze Liepanın vətəndaşlıqdan məhrum edilməsi məsələsinə baxmağa haqqı var. Çünki onun Ukraynadakı vəziyyətlə bağlı bəyanatları təkcə dövlət qurumlarının deyil, həm də Litva cəmiyyətinin mövqeyi ilə ziddiyyət təşkil edir".
Qaynarinfo xəbər verir ki, bunu Litvanın baş naziri İnqrida Simonite deyib.
"Vətəndaşlıq imtiyaz kimi verildiyi halda, hesab edirəm ki, qanunla belə bir məsələni müzakirə etmək səlahiyyəti olan qurumların buna haqqı var”, deyə baş nazir qeyd edib.
Simonite vurğulayıb ki, İlze Liepa anadangəlmə Litva vətəndaşı deyil.
Bu yaxınlarda xəbər yayılıb ki, Litva sovet və rus balerinası İlze Liepanı Ukrayna əleyhinə olan çıxışlarına görə ölkə pasportundan məhrum etmək istəyie. Litva Daxili İşlər Nazirliyinin məlumatına görə, onun açıqlamaları dövləti gözdən salmaq kimi qiymətləndirilə bilər.
Liepanın ikili vətəndaşlığı var - həm Rusiya, həm də Litva. O, Litva pasportunu 2000-ci ildə alıb.
2022-ci ilin martında Liepa qeyri-müəyyən müddətə ölkəyə giriş qadağası ilə Latviyanın "qara siyahısı”na daxil edilib.
Aydın