Xəbər lenti

İdman 14:33 02.04.2024

Məşhur basketbolçu haqda kitab yazılıb satışa çıxarıldı

21-ci əsrin ən yaxşı basketbolçusu Lebron Ceymsin ruhlandırıcı uğur hekayəsi oxucuların ixtiyarına verilib.

Qaynarinfo-nun məlumatına görə, Amerikanın ətraflarında çox çətin şəraitdə böyüyən, həm idman şəxsiyyəti, həm də ictimai-siyasi duruşu ilə adını tarixə yazdırmağı bacarmış bir oğlanın hekayəsindən bəhs edən LEBRON, məşhur amerikalı idman bioqrafı Ceff Benedikt tərəfindən yazılıb.

NBA çempionluqları, MVP və qızıl medallarla dolu möhtəşəm karyerasının zirvəsində olan Lebron Ceyms həm də basketbolda bütün zamanların ən yaxşı bombardiridir.

Aktiv idman karyerası ərzində ilk milyarder oyunçu da olan Lebron sadəcə basketbol əfsanəsi deyil. Hollivudda film və televiziya şousu prodüseri olmaqla yanaşı, o həm də siyasi fəaliyyətlə də məşğuldur. İrqçiliyə, sosial ədalətsizliyə qarşı açıq mövqe nümayiş etdirən Ceyms faydalı işləri ilə əlaqədar ictimai hadisələrə reaksiya verməkdən də çəkinmir. 

LEBRON kitabı bütün mağazalarında və onlayn satış nöqtələrində satılacaq. 

Cef Benedict, məşhur qolfçu Tayger Vuds (Armen Keteyyan ilə birlikdə) və "The Dynasty" da daxil olmaqla, on yeddi qeyri-bədii kitabı ilə "New York Times"ın bestseller siyahısında bir nömrəyə yüksəldi. Yazıçı eyni zamanda televiziya və film prodüseridir, "Sports Illustrated" və "Los Angeles Times" üçün məqalələr yazır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->