Xəbər lenti

İdman 14:08 27.07.2023

Məşhur basketbolçunu oğlu infarkt keçirdi

Məşhur basketbolçu Lebron Ceymsin oğlu Bronni məşq zamanı infarkt keçirib.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, hazırda gənc basketbolçunun vəziyyəti stabil olsa da, onun NBA-dakı gələcəyi ilə bağlı narahatlıqlar yaranıb. Lakin amerikalı jurnalist Şəms Çaraniya 18 yaşlı Bronninin həyati təhlükəsi olmadığını və reanimasiyaya yerləşdirilmədiyini söyləyib.

Gənc basketbolçuların liqasına (USC) yenicə qatılan, istedadlı oyunçulardan hesab olunan Bronni məşq zamanı səhhətində problem yaşayıb. Los-Anceles Yanğınsöndürmə Departamentinin əməkdaşları tərəfindən bazar ertəsi səhər saatlarında komandanın ev meydançası olan "Galen Center"də təcili tibbi yardım çağırışı ilə bir nəfərin xəstəxanaya çatdırıldığı bildirilib. Xəstəxanadan verilən açıqlamada yeniyetmənin müalicə olunduğu bildirilsə də xəstənin şəxsiyyəti açıqlanmayıb.

Bütün zamanların ən böyük basketbolçularından hesab edilən Lebron Ceyms karyerasının bitməsinə bir gün qalmış oğlu ilə NBA-da oynamağı planlaşdırdığını bildirmişdi. "Los-Anceles Lakers"in ulduzu açıqlamasında, "Son ilimi oğlumla oynayaraq keçirəcəyəm. Məni pul maraqlandırmır, bu, daha yüksək səviyyəli bir şeydir” - ifadələrini işlətmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->