"Tottenhem”in futbolçusu Mousa Dembele karyerasını bitirib.
Qaynarinfo xəbər verir ki, fevralın 1-də Çin klubu "Quançjou Siti" ilə müqaviləsi başa çatan belçikalı oyunçu 34 yaşında karyerasını bitirmək qərarına gəlib.
Belçika təmsilçisi "Berşot"un yetirməsi olan Dembele "Villem II”, "AZ Alkmaar” və "Fulhem”in formalarını geyinib. Təcrübəli futboçu 2012-ci ildə 19 milyon avroya "Fulhem”dən "Tottenhem”ə transfer olunub.
Karyerasının 6,5 ilini London komandasında keçirən Dembele 5 milyon avroya "Quançjou Siti"yə transfer olunub. Çin komandasına 3 il tər tökən belçikalı ulduz butslarını mıxdan asmaq qərarına gəlib.
Karyerası ərzində 578 matçda meydana çıxan Mousa Dembele 62 qol vurub, 49 məhsuldar ötürmə edib.
Səbuhi Həsənov