Xəbər lenti

Məşhur biznesmen öldü - 23 milyard dollar miras qaldı
Dünya08:26 15.02.2015

Məşhur biznesmen öldü - 23 milyard dollar miras qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ferrero şirkətinin sahibi Mişel Ferrero vəfat edib. “Qafqazinfo”nun Reuters-ə istinadən məlumatına görə, İtaliyanın ən varlı adamı 89 yaşında bir neçə aydır sürən xəstəlikdən sonra dünyasını dəyişib. 
Bu münasibətlə İtaliya prezidenti Serjio Mattarella başsağlığı verib. O, Ferreronu “anadangəlmə müəllim” adlandırıb. 
Ferrero 32 yaşında atasının yaratdığı şirkətə sahib olub və ömrünün sonuna qədər ona rəhbərlik edib. 
Ferreronun rəhbərliyi altında məşhur  Nutella, Kinder Chocolate, Kinder Surprise, Rafaello, Ferrero Rocher, Tic Tac kimi brendlər yaranıb.
2013-cü ildə Forbes jurnalı onun varidatının 23,4 milyard dollar olduğunu açıqlayıb. 
Qaynar.info