Hindistanın məşhur biznesmeni VG Siddharta Manqaluru şəhərinin Netravati çayının sahilində ölü tapılıb.
Qaynarinfo xəbər verir ki, "Café Coffee Day" restoran şəbəkəsinin qurucusu olan Siddharta sonuncu dəfə 29 iyulda çay üstündə yerləşən körpüdə görülmüşdü. Onun intihar etdiyi güman edilir.
Biznesmen ölümündən əvvəl şirkətin idarə heyəti və işçilərinə məktub yazıb və investor kimi uğursuzluğa düçar olduğunu deyərək özünü ittiham edib.
Gülşən