Xəbər lenti

Dünya 19:24 12.03.2024

Məşhur bloger və qardaşı saxlanıldı - Cinsi istismarında ittiham olunurlar

Britaniyalı internet məşhuru Endryu Teyt qardaşı ilə birlikdə Rumıniyada saxlanılıb. Onlar vətənlərində bir sıra ağır cinayətlərdə ittiham olunurlar. 

Qaynarinfo xəvər verir ki, bu barədə "Associated Press" blogerin mətbuat katibinin bəyanatına istinadən yazıb.

Teyt qardaşları London Sülh Məhkəməsinin verdiyi həbs qərarı əsasında martın 11-də Buxarestdə saxlanılıblar. 37 yaşlı Endryu və qardaşı Tristan onların Böyük Britaniyaya ekstradisiyasına qərar verilərkən növbəti 24 saat dəmir barmaqlıqlar arxasında qalacaqlar. Böyük Britaniyada onlar mütəşəkkil cinayətkar qrup yaratmaqda, insan alverində, bir neçə zorlamada, həmçinin pornoqrafik materialların istehsalı üçün qızların cinsi istismarında ittiham olunurlar. 

Böyük Britaniyada 2012-2015-ci illərdə 4 qadın blogeri cinsi və fiziki zorakılıqda ittiham etdikdən sonra məhkəmə prosesi başlayıb. Lakin sonda hakimiyyət onu cinayət məsuliyyətinə cəlb etməmək qərarına gəlib.

"Dörd il sonra bizə dedilər ki, Böyük Britaniya hakimiyyəti onu mühakimə etməyəcək", deyə qurbanlar kampaniya səhifəsində şikayət ediblər.

Endryu Teytin sözçüsü deyib ki, ikili - Britaniya və ABŞ vətəndaşı olan qardaşlar bu iddiaları rədd edirlər və bu cür ciddi iddiaların əhəmiyyətli yeni sübutlar olmadan yenidən "dirilməsindən" dərin məyusluq ifadə edirlər. 

Bloger və keçmiş kikboksçu öz paylaşımlarında feminizm və seks haqqında radikal danışıb, Qərb ölkələrini qınayıb. O, 2022-ci ilin dekabrında qardaşı və iki yerli sakinlə birlikdə Buxarest yaxınlığında həbs edilib. Daha sonra onlar ev dustaqlığına buraxılıblar. Ardınca onlara Buxarest və yaxınlıqdakı ərazilərə hərəkət etməyə icazə verilib. Keçən həftə teyti cinayətlərdə ittiham edən qadınlar onun Rumıniyadan qaçmağı planlaşdırdığı barədə məlumat aldıqdan sonra iş yenidən açılıb.

Qalmaqallı bloger dəfələrlə bəyan edib ki, Rumıniya prokurorlarının onun günahı ilə bağlı heç bir sübutu yoxdur və o, siyasi sui-qəsdin qurbanı olub. Teyt bu barədə X sosial şəbəkəsində öz izləyicilərinə məlumat verib. Əvvəllər Teyt müxtəlif internet platformalarında misoginist fikirlər səsləndirdiyinə və nifrəti qızışdırdığına görə bloklanıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->