Braziliya futbolunun canlı əfsanəsi Rivaldo portuqaliyalı superulduz Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanındakı durumu haqqında düşündüklərini deyib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu Ronaldonun "Əl Nassr"dakı həyatından narazı qaldığını və "Real"a qayıtmalı olduğunu düşünür. O, Ronaldonun aldadıldığını bildirib.
Veteran yarımmüdafiəçi "Mundo Deportivo"ya açıqlamasında bu sözləri deyib:
"Başa düşürəm ki, bəzən oyunçular Səudiyyə Ərəbistanında böyük müqavilələr imzalayaraq aldadılır, lakin orada həyat daha qapalıdır və futbol həmişə gözlənilən qədər asan deyil. Bir az məyusluq və ya hətta dərin düşünmə mərhələsindən keçirsiniz. Aldığınız pul hazırda yaşadığınız o qədər də xoşbəxt olmayan həyatı kompensasiya edirsə. Ronaldonun karyerasını "Real"da başa vurması həm futbol, həm də özü üçün yaxşı olardı. Əlbəttə, azarkeşlər başa düşməlidirlər ki, 25-26 yaşlarındakı gözlənilənləri tələb edə bilməzlər, lakin Ronaldo yenə də kluba daha çox qələbələrdə kömək edə bilər”.
Portuqaliyalı ulduz yanvarda Səudiyyə Ərəbistanı təmsilçisinə qoşulub və ildə 173 milyon funt-sterlinq dəyərində məvacib şərti ilə 2 il yarımlıq müqavilə imzalayıb.
Səbuhi Həsənov