Xəbər lenti

Məşhur “Charlie Hebdo” bu dəfə Putin və ordusunun karikaturasını dərc etdi (FOTO)
Dünya09:28 26.05.2022

Məşhur “Charlie Hebdo” bu dəfə Putin və ordusunun karikaturasını dərc etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın "Charlie Hebdo” satirik jurnalı Ukraynaya bir nömrə həsr edərək, orada ukraynalı karikaturaçıların əsərlərini dərc edib. Jurnalın satışından əldə edilən vəsait Ukrayna Silahlı Qüvvələrinə veriləcək.
Qaynarinfo Pravda.comua-ya istinadla xəbər verir ki, mayın 25-də dərc olunan buraxılışda Odessa Karikaturaçı Rəssamlar Assosiasiyasının "Rus döyüş gəmisi, "get f*ck” əsəri yer alır. Bu haqda Le Figaro məlumat yayıb.
Raketlərə gülüşlə cavab verin başlığı yazan həftəlik satirik Charlie Hebdo həmrəylik üçün iyirmiyə yaxın karikaturasını dərc edərək Rusiyanın işğalına baxmayaraq, öz işlərini görməyə davam edən ukraynalı karikaturaçıları alqışlayıb.
Əsərlər arasında bal yemək üçün pəncəsini arı pətəyinə batıran rus ayısının, uşaq bağçasında mərmi sürüşdürən əsgərlərin və ya Putin şəkilli işgəncə qurğusu da var.
Alpər