Xəbər lenti

Məşhur detektiv yazar öldü
Dünya18:02 02.10.2013

Məşhur detektiv yazar öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış Amerika yazarı, siyasi detektivlərin müəllifi Tom Klensi dünyasını dəyişib.


Ans press "BBC"yə istinadən bildirir ki, o, 66 yaşında Merilend ştatının Baltimor şəhərində xəstəxanada keçinib.

Tom Klensinin yazılarının ən sevimli mövzusu SSRİ ilə ABŞ arasındakı soyuq müharibə olub. İlk romanı "Qırmızı oktyabr uğrunda ov" 1984-cü ildə çap olunub və müəllifə məşhurluq gətirib. Onun romanları içində "Kreml kardinalı", "Patriotların oyunu" və s. məşhurdur.
Əsərlərin baş qəhrəmanı MKİ agenti Cek Rayandır. Klensinin əsərləri əsasında filmlər çəkilib və onu dünyada tanıdıb.

Qaynar.info