Xəbər lenti

Məşhur general öldü
Dünya13:22 18.10.2017

Məşhur general öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya ordusunun məşhur generallarından olan İslam Zəhrəddin mina partlayışı nəticəsində dünyasını dəyişib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, generalın Deyr Əz Zor bölgəsində öldüyü bildirilir. 56 yaşlı generalın olduğu konvoy minaya düşüb.

Son dövrlərdə İŞİD terror təşkilatı ilə mübarizədə Suriya ordusuna rəhbərlik edən Zəhrəddinin 2014-cü ildə öldüyü iddia edilmiş, daha sonra bu məlumat yalanlanmışdı.
Əsəd ordusunun lideri Hama, Dera, İdlib bölgələrində törədilən bəzi qətllərə görə ittiham edilirdi.

Gülşən

Qaynarinfo.Az