
SSRİ xalq artisti, məşhur gürcü rejissoru Qiqa Lordkipanidze vəfat edib.
Qaynar.info-nun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Lordkipanidze 86 yaşında bir neçə gün əvvəl qaldırıldığı Tiflis xəstəxanasında ölüb.
Qiqa Lordkipanidze 1927-ci ildə oktyabrın 19-da anadan olub.
Lordkipanidze "Atalarımızın torpağı", "Hər kəsə salam olsun", "Bir kiçik şəhərdə" "Ağ bayraqlar" və bir sıra filmlərin rejissoru olub.
Qaynar.info