Xəbər lenti

Məşhur oteldə milyonlar dəyərində qarət
Dünya07:20 11.01.2018

Məşhur oteldə milyonlar dəyərində qarət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın paytaxtı Parisdə yerləşən məşhur Ritz Oteldə axşam saatlarında böyük soyğun həyata keçirilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 5 nəfər tərəfindən reallaşdırılan soyğun zamanı oteldəki dəyərli zinət əşyaları oğurlanıb. Polis dərhal 3 nəfəri həbs etsə də, digər 2 şəxs 4 milyon avro dəyərindəki zinət əşyası ilə qaça bilib. 
Soyğunun bir zamanlar mövcud olmuş Yuqoslaviyadan olan sabiq əsgərlərdən ibarət "Çəhrayı pantera şəbəkəsi" olması iddia edilir.
Qeyd edək ki, 2014-cü ildə otelin ətrafındakı zinət əşyaları mağazası soyulmuş, daha sonra ərazidə təhlükəsizlik tədbirləri artırılmışdı. 
2006-cı ildə Ritz otel yaxınlığında 6 milyon avro dəyərində soyğun həyata keçirilmiş, 2016-cı ildə isə erməni əsilli ABŞ model və aktrisası Kim Kardaşyana hücum edilmiş, onun 9 milyon avroluq zinətləri oğurlanmışdı. 
Gülşən