Xəbər lenti

Məşhur illüzionist cinsi zorakılıqda ittiham edilir
Dünya08:11 02.04.2019

Məşhur illüzionist cinsi zorakılıqda ittiham edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı illüzionist Deyvid Bleyn cinsi zorakılıqda ittiham edilir.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, Nyu York Polis Şöbəsi 2 məsələni araşdırır. Qadınlardan biri Bleynin 1998-ci ildə Manhettendə yerləşən evində ona hücum etdiyini, digəri isə 2004-cü ildə Londonda zorlandığını bildirib. 
45 yaşlı illüzionist məsələ ilə bağlı açıqlama verməyib və onun iddiaları rədd etdiyi deyilir.
Qeyd edək ki, Deyvid Bleyn 1999-cu ildə Nyu Yorkda yerin altında 7 gün ərzində qidasız və susuz qalaraq məşhurlaşıb. O, 2003-cü ildə Londonda Temza çayına endirilən şüşə içində 40 gündən çox yaşayıb.
Gülşən