Xəbər lenti

Məşhur iş adamı ailəsi ilə birgə həlak oldu
Dünya12:03 01.01.2018

Məşhur iş adamı ailəsi ilə birgə həlak oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniyanın tanınmış iş adamlarından biri, "Compass Group"şirkətinin banisi və sahibi Riçard Kazins ailəsinin 4 üzvü ilə birlikdə təyyarə qəzasında həlak olublar.
Qaynarinfo Milli.Az-a istinadən bildirir ki, qəza Avstraliyanın Sidney şəhərinin yaxınlığında, dekabrın 31-də baş verib.
"Sydney Seaplanes" aviaşirkətinin bir mühərrikli "Cessna" təyyarəsi Yeni Cənubi Uels ştatındakı Hoksberi çayına düşüb.
Sonucda 6 nəfər həlak olub. Həlak olanlardan biri pilotdur.
"Dərin hüznlə təsdiq edirik ki, Riçard Kazins və ailəsinin 4 üzvü 31 dekabr 2017-ci il tarixində Avstraliyada təyyarə qəzasında həlak olub", - "Compass Group" şirkətinin bəyanatında deyilir.
Qəzada 58 yaşlı milyonçu iş adamı Riçard Kazins, xanımı, 48 yaşlı Emma Bouden, 11 yaşlı qızı Hizer, oğulları - 23 yaşlı Edvard Kuzins və 25 yaşlı Uilyans Kuzins, habelə pilot Qaret Morqan həlak olublar.