
İngiltərənin ən tanınmış jurnalisti Devid Frost vəfat edib.
Qaynar.info xəbər verir ki, "Daily mail" qəzeti Frostun gəmi səyahəti zamanı ürək çatışmazlığından 74 yaşında vəfat etdiyini yazıb.
Devid Frost ABŞ prezidenti Riçard Nikson, Britaniya kraliçası Yelizaveta, tanınmış "Bitlz" qrupu, İngiltərənin baş naziri Toni Bler kimi tanınmışlardan aldığı müsahibələrlə məşhur idi.
Frost Britaniya kraliçası tərəfindən "Ser" adına layiq görülmüşdü.
Qaynar.info