
Məşhur amerikalı komediyaçı, aktyor, rejissor, prodüser, ssenarist Cerri Levis dünyasını dəyişib.
"Qaynarinfo" "CNN"ə istinadən xəbər verir ki, "Muscular Dystrophy" xəstəliyindən əziyyət çəkən 91 yaşlı Levis "The Bellboy," "The Nutty Professor" və "The Patsy" kimi filmlərdə çıxış edib.
Rusiyadan ABŞ-a köçmüş yəhudi ailəsindən olan Levis 1946-cı ildə məşhur müğənni Din Martinlə birlikdə musiqili komediya proqramları hazırlayırdı. İkili 1956-cı ilə qədər birlikdə çalışdılar və bu müddət ərzində 16 filmdə çıxış etdilər.
Cerri Levis uzun müddət əziyyət çəkdiyi xəstəliyə qarşı mübarizə aparmış və buna görə müxtəlif qurumlara ianələr vermiş, maddi yardımlar etmişdi.
Komediyaçı Fransa Fəxri Legioner ordeni, 2009-cu ildə Fəxri Akademiya mükafatı və s. mükafatların sahibi olub.
Gülşən
Qaynarinfo.Az