Xəbər lenti

Məşhur McAfee antivirusunun yaradıcısı həbsxanada intihar etdi - Son fotosu
Dünya14:41 25.06.2021

Məşhur McAfee antivirusunun yaradıcısı həbsxanada intihar etdi - Son fotosu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur McAfee antivirusunun yaradıcısı 75 yaşlı Con Makafi ABŞ-a təhvil verilməsini gözlədiyi Barselona həbsxanasında ölüb. O, bir neçə ildir vergi bəyannamələrini gizlətməkdə günahlandırılırdı, buna görə onu Ştatlarda 30 ilə qədər həbs cəzası gözləyirdi.
Qaynarinfo xəbər veirr ki, Con Makafi uzun müddət hakimiyyətlərlə problem yaşayırdı: 2009 böhranından sonra əmanətlərinin böyük hissəsini itirmişdi və az vergi ödəmək üçün Mərkəzi Amerikadakı Belizə köçmüşdü. 2012-ci ildə orada qonşusunun ölümündə iştirak etməkdə günahlandırıldı, bundan sonra proqramçı Qvatemalaya qaçdı. Ölkə rəhbərliyi onu ABŞ-a təhvil verdi və burada ittihamlar ləğv edildi. Ancaq bu yaxınlarda, vergi qaçağı olaraq axtarışa verildi, nəticədə Makafi İspaniya həbsxanasına yerləşdirildi. Səlahiyyətli orqanların verdiyi məlumata görə, o, ekstradisiya qərarını eşidəndən sonra intihar edib.
Məşhur antivirusdan əlavə Con Makafinın anonim Ghost kriptovalyutasının yaradılmasında və bakteriyalarda kvorumu hiss etmək qabiliyyəti üzrə ixtisaslaşmış QuorumEx şirkətinin qurulmasında əli olduğu bildirilir.
Alpər