Xəbər lenti

Məşhur milyarderin oğlu boşandı
Dünya07:05 10.09.2013

Məşhur milyarderin oğlu boşandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən zəngin və məşhur insanlarından biri, ismaililər təriqətinin lideri, müsəlman milyarder Ağa Xanın kiçik oğlu şahzadə Hüsseyn xanımı Kristin Uaytdan boşanıb.
 
9 milyard dollarlıq sərvətin varisi olan şahzadə Hüsseynin dediyinə görə, arvadının əvvəllər boşandığını bilməyib və bu barədə yalnız evlənəndən sonra xəbər tutub.
 
"Belə biabırçılıq olmaz!" deyən şahzadə artıq sabiq arvadının maliyyə və əmlak iddialarının qarşısını almaq üçün Kristin Uayta Nyu-Yorkun Manhetten səmtində 2,2 milyon dollara superlüks apartament alıb.
 
Şahzadə Hüsseynlə Kristin Uayt 2006-cı ilin noyabrında Parisin şimalındakı Şantili qəsrində çox dəbdəbəli toyda evlənmişdilər.
 
Ağa Xanın böyük oğlu, amerikalı supermodel Kendra Spirslə evlənmiş şahzadə Rəhim qardaşının qərarını şərh etmək istəmədiyini deyib.
Şahzadə Hüsseynlə onun artıq sabiq xanımı Kolumbiya Universitetində oxuyanda tanış olmuşdular.
 
Ağa Xanın gəlini olandan sonra "şahzadə Xaliyə" kimi tanınan amerikalı Kristin Uayt boşanmasını şərh etmək niyyətində olmadığını söyləyib.
 
Sabiq şahzadə Xaliyənin atası, mühəndis Norman Uayt və onun xanımı, psixoloq Marqaret Uayt qızlarının qərarını dəstəklədiklərini deyiblər.

Qaynar.info