Məşhur moda markası "Calvin Klein" ixtisarlara hazırlaşır.
Qaynarinfo xəbər verir ki, şirkətin Nyu York və Milan ofislərində çalışan 100 nəfər işdən çıxarılacaq. Marka ötən həftə Nyu York Moda Həftəsində iştirak etməyəcəyini açıqlamışdı. Şəxslərə xüsusi xidmət göstərən "Calvin Klein by Appointment"in fəaliyyəti və "205W39NYC" kolleksiyasının istehsalı dayandırılacaq.
Maliyyə problemləri "Calvin Klein"in fəaliyyətini tamamilə dayandırması barədə iddialara səbəb olub.
Gülşən