Model Barbara Palvin və aktyor Dilan Sprouse beş illik münasibətdən sonra evlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə "PageSix” məlumat
yayıb.
"Victoria's Secret"in modeli Barbara Palvin və aktyor Dilan Sprouse dünən ailə həyatı qurub. Cütlük xoş gününü ailə və dostlarının əhatəsində keçirməyi seçib. Onlar mərasimdən şəkillər dərc etməyib, lakin qonaqlar onları şəxsi bloqlarında paylaşıb.
Gəlin mərasim üçün lakonik mirvari rəngli paltar və uzun duvaq seçib. Görünüş sivri burunlu ayaqqabılarla tamamlanıb.
Hələ martın əvvəlində Barbara Palvin film festivalı zamanı nişan üzüyü ilə görüntülənmişdi, lakin o zaman nə o, nə Dilan Sprouse, nə də onların nümayəndələri nişan məlumatını təsdiqləməmişdilər. Yalnız iyun ayında cütlük rəsmi olaraq "Tiffany & Co" brendinin reklamı ilə nişanlandıqlarını elan ediblər.
Aydın