
Məşhur yunan modelyeri Mixalis Aslanis Afina yaxınlığındakı evində ölmüş vəziyyətdə tapılıb.
Qaynar.info xəbər berir ki, 62 yaşlı modelyerin ölüm səsəbi hələ ki məlum olmasa da, maliyyə sıxıntılarına görə özünə qəsd edə biləcəyi ehtimal olunur.
Yunan mətbuatında yayılan xəbərlərdə son vaxtlar işləri yaxşı getməyən və maddi sıxıntı içində olan Aslanisin otağında tapılan məktublarında ölkənin iqtisadi və sosial vəziyyətindən narahatlıq keçirdiyi ortaya çıxıb.
Qeyd edək ki, modelyer bir müddət əvvəl birlikdə işlədiyi qadınlar tərəfindən aldadıldığını iddia edərək, maddi çətinlik çəkdiyini söyləmişdi.
Qaynar.info