Məşhur tatar müğənni Faniya Xəlilova Rusiyada konserti zamanı dünyasını dəyişib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbrə verir ki, 53 yaşlı müğənni səhnədə mahnı oxuyarkən anidən yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bu anları izləyicilərdən biri mobil telefonu ilə çəkib.
İnfarkt səbəbindən öldüyü ehtimal edilən müğənninin dəqiq ölüm səbəbi tibbi ekspertiza rəyindən sonra məlum olacaq.