Xəbər lenti

Məşhur müğənni yoxa çıxıb - Özünü öldürmə ehtimalı var
Dünya19:39 16.05.2016

Məşhur müğənni yoxa çıxıb - Özünü öldürmə ehtimalı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çikaqo polisi irlandiyalı müğənni Şinneyd О"konnorun itkin düşməsi ilə bağlı elan verib.

49 yaşlı müğənni mayın 15-də saat 6:00-da evdən çıxaraq velosiped yürüşünə gedib və o andan etibarən ondan heç bir xəbər yoxdur.

Polis müğənninin özünü öldürdüyü ehtimalının olduğunu bildirir. Belə ki, o, bundan öncə- 33 və 45 yaşında intihara cəhd edib.

Ş. О"konnor 1990-cı ildə “Nothing compares 2 U” mahnısı ilə tanınıb. 1991-ci ildə “I Do Not Want What I Haven’t Got” albomuna görə “Qremmi” mükafatını qazanıb.

Müğənni 4 dəfə ailəli olub. Bu evliliklərdən ən kiçiyinin 9, ən böyüyününkünün isə 28 yaşı olmaqla 4 övladı var. Hazırda psixoloq Barri Herriclə evlidir. (qafqazinfo)

Qaynarinfo.az